Antalyada təlim-məşq toplanışında olan "Neftçi"nin bir oyunu ləğv olunub. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlimatına görə, bakılılar "İstiqlal"la qarşılaşası olmayacaq.

İran təmsilçisinin təklifindən sonra tərəflər yanvarın 20-də yoxlama görüşü keçirməyi qərara almışdılar. Lakin "Neftçi"nin baş məşqçisi Roberto Bordin fikrini dəyişib. İtaliyalı mütəxəssis fiziki yüklü məşqlərdən sonra futbolçuların ard-arda iki yoxlama oyununda meydana çıxacaqları halda onların zədələnmə ehtimalının artmasını əsas gətirərək belə qərar qəbul edib.

Qeyd edək ki, ilk yoxlama görüşündə dünən "Qaz Metan"a (Rumıniya) 3:0 hesabı ilə qalib gələn "Neftçi" yanvarın 23-də "Slovan" (çexiya), 26-da isə "Beroe" (Bolqarıstan) ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest