ötən ilin sonundan etibarən AFFA 19 yaşadək futbolçulardan ibarət milli komanda ilə xüsusi məşğələlər proqramına start verib. Matç.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, bunda məqsəd gənc futbolçuların hazırlanmasında  intensiv idman məşqlərindən savayı, onların dolğun həyat sahibi olmaq, hər bir məsələyə yaradıcı və yenilikçi yanaşmaq, başqa mədəniyyətlərin fərqini duymaq və anlamaq kimi  keyfiyyətləri aşılamalarıdı.

İl boyu oyunçular ən müxtəlif mədəni tədbirləri ziyarət edəcək, xarici səfərlər zamanı topladığı təəssüratları müzakirə edəcək və elektron vasitələrlə onları izləyənlərlə bölüşəcək. Bu istiqamətdə ilk tədbir İçərişəhərdə, Şirvanşahlar saryında keçirilən  "Şirvanşahlar irsi dünya muzeylərində" adlı sərgi ilə tanışlıq olub. Türkiyə və Gürcüstandan qısa müddətlik gətirilən və Azərbaycanda ilk dəfə təqdim olunan nadir tarixi eksponatlar, sərginin ən müasir texniki vasitələrlə müşayiət olunması futbolçular tərəfindən böyük maraqla qarşılanıb.

Gənclər sərgidə onlara ən maraqlı və qeyri-adi görünən eksponatların (özləri çəkdikləri) fotolarını internetdə yerləşdirməyə  qərar veriblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest