"Liverpul"da növbəti futbolçu yeni müqavilə imzalayıb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Endryu Robertsondan sonra daha bir müdafiəçi anlaşmasını yeniləyib.

Söhbət digər cinah üzvü Trent-Aleksander Arnolddan gedir. 20 yaşlı oyunçu "qırmızılar"la müqavilə müddətini yeniləyib. O, 2021-ci ilin yayına qədər olan anlaşmasını daha 3 il uzadıb.

Qeyd edək ki, "Liverpul"un yetirməsi olan Trent-Aleksander Arnold 2016-cı ildən əsas komandada çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest