"Yuventus"un hücumçusu Qonsalo İquain "çelsi"yə keçir. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, klublar arasında danışıqlar müsbət nəticələnib.

Razılığa görə, Argentina millisinin üzvü mövsümün sonuna qədər icarə əsasında "zadəganlar"ın formasını geyinəcək. "çelsi" yayda 36 milyon avroya onu birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, "Yuventus" İquaini mövsümün əvvəlində "Milan"a icarəyə vermişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest