Almaniyanın "Bayern" klubu futbolçusu Leon Qoretskanın müqaviləsinin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Alman yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
 
Qoretska 2018-ci ildən "Bayern"də çıxış edir.
 
26 yaşlı futbolçu Almaniya milli komandasının da üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest