Futbol üzrə Qazaxıstan kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Kayrat" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda "Kaysar"la qarşılaşıb. "Qarabağ"ın rəqibi bu komanda ilə 1/4 finalın ilk matçından 3:0 hesablı qələbə ilə ayrılıb.
 
Xatırladaq ki, "Qarabağ"la "Kayrat" qrupda ardıcıl – 3 və 4-cü turlarda qarşılaşacaq. İlk oyun oktyabrın 21-də, ikinci oyun noyabrın 4-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest