"İlk qolumu vurduğum üçün şadam. İnanıram ki, hər şey belə davam edəcək və komandama bacardığım qədər kömək edə biləcəyəm"

"Neftçi"nin yarımmüdafiəçisi Sezar Meza Kolli paytaxt təmsilçisinin heyətində vurduğu ilk qol barədə klubun rəsmi televiziyasına açıqlama verib. Matc.az xəbər verir  ki, Premyer Liqanın 4-cü turunda "Keşlə"ni 3:0 hesabı ilə məğlub etdikləri oyunda fərqlənən və zədələndiyi üçün fasilədə əvəzlənən paraqvaylı yarımmüdafiəçi bunları söyləyib:
 
"İlk qolumu vurduğum üçün şadam. İnanıram ki, hər şey belə davam edəcək və komandama bacardığım qədər kömək edə biləcəyəm.
 
Birinci hissədən sonra arxa əzələmdə ağrı hiss etdim. Məncə bu, yüklənmədən irəli gəlirdi. İndi isə özümü hazır hiss edirəm. Növbəti oyun üçün çalışıram".
 
Qeyd edək ki, Sezar Meza Kolli "Neftçi"yə cari mövsümün əvvəlində "Keşlə"dən transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest