Hücumçunun agenti Pol Miçel xəbəri təsdiqləyib: "Robin Azərbaycandan bir klubla anlaşmaq üzrədi və bir neçə xırda detal həll olunduqdan sonra transfer açıqlanacaq".

Malavi millisinin hücumçusu Robin Nqalande karyerasını Azərbaycanda davam etdirə bilər. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, forvardın xidmətində adının çəkilməsini istəməyən klubumuz maraqlıdı.

Son çıxış etdiyi komanda CAR təmsilçisi "Baroko" olan Nqalande 6 aydı klubsuzdu.

Hücumçunun agenti Pol Miçel xəbəri təsdiqləyib: "Robin Azərbaycandan bir klubla anlaşmaq üzrədi və bir neçə xırda detal həll olunduqdan sonra transfer açıqlanacaq".

2009-cu ildə Əlcəzairdə keçirilən Afrika Gənclər çempionatında diqqətləri üzərinə çəkən 26 yaşlı Robin Madrid "Atletiko"su tərəfindən akademiyaya cəlb edilib.

İki illik İspaniya macərasının ardından "Bidvest Vist"ə keçən oyunçu icarə əsasında CAR-ın digər klubları "Ayaks Keyp Taun" və "Platinium Starz"da da forma geyinib.

2017-ci ildə son klubu "Baroka"ya keçən Nqalade mövsümün sonunda komandadan ayrılsa da, başqa klub tapa bilməyib və qış fasiləsinə qədər klubsuz qalıb.

Malavi millisi ilə 32 oyuna çıxan Robin Nqalade 1 qola imza atıb.

Qeyd edək ki, "Zirə"nin baş məşqçisi Samir Abasov bir müddət əvvəl mətbuata açıqlamasında afrikalı futbolçu ilə danışıqlar getdiyini söyləmişdi. çox güman, Robin "Zirə"də özünü göstərəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest