"İkinci hissədə topa nəzarəti ələ keçirdik. Rəqib təslim olmadı, sona qədər vuruşdu. Fikrimcə, ikinci hissədə oyun baxımından uduzmadıq. Qol vəziyyətlərimiz də oldu. Hər halda, Antalyada ilk yoxlama görüşümüz idi".

"İstirahətdə olarkən zədələnməyimə baxmayaraq, toplanışa fiziki cəhətdən heç də pis başlamadım". Matç.az saytının məlumatına görə, bunu "Yenisey"in müdafiəçisi Aleksey Qritsakenko deyib.

Antalya toplanışı çərçivəsində "Qəbələ" ilə yoxlama görüşü keçirən Rusiya təmsilçisi meydanı 2:2 hesablı bərabərliklə tərk edib.

Oyunla bağlı klubun rəsmi saytına açıqlama verən 24 yaşlı futbolçu komandasının çıxışından məmnunluq bildirib. Müqavilə ilə "Krasnodar"a məxsus olan və "Yenisey"də icarə əsasında çıxış edən Qritsakenko fasilədən sonra 2 top buraxmalarına baxmayaraq, yaxşı oynadıqlarını hesab edir: "İkinci hissədə topa nəzarəti ələ keçirdik. Rəqib təslim olmadı, sona qədər vuruşdu. Fikrimcə, ikinci hissədə oyun baxımından uduzmadıq. Qol vəziyyətlərimiz də oldu. Hər halda, Antalyada ilk yoxlama görüşümüz idi. Hələ çox çalışmalı, məşqlərimizi davam etdirməliyik. Oyundan-oyuna hər şeyin daha yaxşı olacağını düşünürəm".

Qeyd edək ki, "Yenisey" Rusiya Premyer Liqasında 17 turdan sonra sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest