"Hər iki komanda ötürmələrlə oynamağa, topu ayağında saxlamağa çalışırdı. Görüşün müəyyən hissələrində əks-hücumlarda çıxışımız alınmırdı". Matç.az saytı xəbər verir ki, bu sözlər "Yenisey"in hücumçusu Mixail Komkova məxsusdu.

O, Premyer Liqa klubunun rəsmi saytına açıqlamasında Antalya toplanışı çərçivəsində "Qəbələ" ilə keçirilən yoxlama görüşünü dəyərləndirib. Oyunda son qolun müəllifi olan 35 yaşlı forvard ikinci hissədə meydana daxil olduğunu və komanda şəklində o qədər də yaxşı çıxış etmədiklərini söyləyib: "Oyun ərzində qol vurmaq üçün bir neçə imkanımız oldu. Sadəcə, həmin epizodlarda topu qapıdan keçirmək mümkün olmurdu. Bəzi anlarda isə son ötürmələr dəqiq alınmadığı üçün hücumumuz yarımçıq kəsilirdi".

Qeyd edək ki, "Qəbələ" - "Yenisey" oyunu 2:2 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest