Kiprin "Omoniya" komandasının baş məşqçisi Henninq Berq klubun saytına müsahibə verib. Matc.az xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"a uduzduqları oyunla (1:4) bağlı da danışıb:
 
"Qarabağ"la oyunda çox yaxşı işlər gördük. Qarşılaşma başqa gün olsaydı, fərqli nəticə qeydə alınardı. Buraxdığımız qollarda bir qədər şanssız idik. Futbolda belə hallar baş verir.
 
Azarkeşlərimizə təşəkkür edirəm. Oyundan əvvəl və oyun zamanı atmosfer əla idi. Sonda onlar kimi biz də nəticəyə görə məyusuq. Xüsusilə, hesab 1:0 olanda qazanmağı çox istəyirdik.
 
Avrokuboklarda bacardığımız qədər irəli getmək niyyətindəyik. Balansı tapmağa çalışırıq. "Qarabağ"a qarşı yaxşı oyun sərgilədik. Ancaq buraxdığımız ilk iki qolda bir az şanssız idik. Bundan sonra isə bizim üçün çətin oldu. Yaxşı komandaya qarşı oynadıq. Belə komandalarla görüşdə məğlub olmaq ehtimalınız var, amma qələbə qazanmaq da mümkündür".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest