Marsel "Olimpik"i Fransa çempionatının 9-cu turunda "Lill"in qonağı olacaq. Matc.az xəbər verir ki, Marseldən olan azarkeşlər sözügedən səfər oyununa buraxılmayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Fransa Daxili İşlər Nazirliyi klubun azarkeşlərinin son oyunlardakı qeyri-etik davranışlara görə "Lill"lə matçın keçiriləcəyi Vilnöv-Dask bölgəsinə girişinə qadağa qoyub.
 
"Olimpik" fanatları ölkə çempionatının "Anje" (0:0), "Nitsa" (0:0) və Avropa Liqasının "Qalatasaray"la oyununda (0:0) təxribata əl atıb.
 
Sabah keçiriləcək "Lill" – "Olimpik" matçına saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest