Futbol üzrə Ukrayna Premyer Liqasında 10-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi "Kolos" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Odessa "çernomorets"i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:1.
 
Nuriyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.
 
"Kolos" 10 turdan sonra 11 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest