"Qəbələ" 2018-2019 mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "qırmızı-qaralar" Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü başa vurub.

Komanda günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısına təsadüf edib. Dünən Rusiyanın "Yenisey" klubu ilə yoxlama oyunu (2:2) keçirən bölgə təmsilçisi bu gün bərpaedici məşqlə kifayətlənib.

Qeyd edək ki, "Qəbələ" Antalya toplanışı çərçivəsində yanvarın 24-də "Fakel" (Rusiya), 26-da isə MTK (Macarıstan) ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest