İngiltərə millisinin keçmiş futbolçusu Qlen Conson karyerasını bitirib. Matç.az xəbər verir ki, bunu "Stok Siti"dən ayrılan 34 yaşlı müdafiəçi özü bildirib.

O, aşağı liqada oynamaq istəmədiyi üçün bu addımı atdığını deyib: "Bu gün rəsmən bəyan edirəm ki, karyeramı bitirdim. Mövsümün gedişində artıq bu qərara gəlmişdim".

Qeyd edək ki, Qlen Conson İngiltərə yığmasında 54 oyun keçirib, 1 qol vurub. O, karyerası ərzində "çelsi" və "Liverpul" kimi klubların formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest