"Bursaspor"la əməkdaşlıqda vitse-prezident Elnur Eyvazovun əməyi danılmazdı. Məhz onun şəxsi əlaqələri sayəsində "Neftçi", eləcə də Azərbaycan futbolunun gələcəyi naminə mühüm addım atılıb. Bu, gələcəkdə azərbaycanlı oyunçuların Superliqada iştirakına təkan ola bilər.

"Neftçi" klubu təqdirəlayiq addım atıb. Matç.az saytı xəbər verir ki, Premyer Liqanın lideri "Bursaspor" klubu ilə əməkdaşlıq müqaviləsi imzalamağa hazırlaşır.

Sözügedən anlaşma bu gün baş tutacaq. Müqaviləyə əsasən, "Neftçi"nin aşağı yaş qruplarında çıxış edən oyunçuları və məşqçiləri təmənnasız olaraq Türkiyə təmsilçisində təcrübə keçəcəklər.

Sözügedən anlaşmanın ən mühüm tərəfi istedadlı gənclərimizin Bursa klubuna mümkün transferidi. Belə ki, azərbaycanlı futbolçuların Superliqa təmsilçisinə keçidi məsələsində də danışıqlar olacaq. Bundan başqa, bir sıra qarşılıqlı əməkdaşlıq məsələləri haqqında ümumi müqavilə də imzalanacaq.

"Bursaspor"la əməkdaşlıqda vitse-prezident Elnur Eyvazovun əməyi danılmazdı. Məhz onun şəxsi əlaqələri sayəsində "Neftçi", eləcə də Azərbaycan futbolunun gələcəyi naminə mühüm addım atılıb. Bu, gələcəkdə azərbaycanlı oyunçuların Superliqada iştirakına təkan ola bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest