"Neftçi"nin hücumçusu Kvame Karikarinin taleyinə aydınlıq gəlib. Qanalı forvard icarəyə verilib. Paytaxt təmsilçisinin 27 yaşlı oyunçusu Birləşmiş Ərəb Əmirliklərinin "Əl Oruba" klubu ilə anlaşıb.

"Neftçi"nin hücumçusu Kvame Karikarinin taleyinə aydınlıq gəlib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qanalı forvard icarəyə verilib.

Belə ki, paytaxt təmsilçisinin 27 yaşlı oyunçusu Birləşmiş Ərəb Əmirliklərinin "Əl Oruba" klubu ilə anlaşıb. Razılığa əsasən, Karikari iyunun 1-dək "Əl Oruba"nın formasını geyinəcək.

Qeyd edək ki, Karikari "Neftçi"yə mövsümün əvvəlində Qətər təmsilçisi "Əl Arabi"dən keçib. Onun bakılılarla müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest