"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin taleyinə aydınlıq gəlib. Matç.az saytının AS nəşrinə istinadən məlumatına görə, adı "İnter"lə hallanan argentinalı mütəxəssis madridlilərlə müqavilə müddətini uzadacaq.

İspaniya nəhənginin icraçı direktoru Migel Anxel Marin və 49 yaşlı çalışdırıcının menecerliyini edən bacısı Natalya Simeone arasında görüşdə sözləşmənin daha 1 il uzadılması qərara alınıb. Baş məşqçinin maaşı da artırılacaq.

Qeyd edək ki, Simeonenin klubla hazırkı müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest