"çelsi"nin hücumçusu Alvaro Morata mövsümün ikinci yarısını "Atletiko"da keçirəcək. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, klublar bu keçiddə ortaq məxrəcə gəlib.

Anlaşmaya əsasən, 27 yaşlı forvard mövsümün sonuna qədər icarə əsasında Madrid klubunun formasını geyinəcək. "Atletiko" onu yayda 55 milyon avroya transfer etmək hüququna malik olacaq. İspaniya millisinin üzvü "Atletiko"da da "çelsi"dəki məvacibi (həftəyə 120 min funt-sterlinq) qazanacaq.

Moratanın gedişi "çelsi"yə "Yuventus"dan Qonsalo İquaini almaq imkanı yaradacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest