"Mançester Yunayted"in yarımmüdafiəçisi Skott MakTominay yeni müqavilə imzalayıb. Matç.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

22 yaşlı orta sahə oyunçusu klubu ilə uzunmüddətli sözləşməyə qol çəkib. Belə ki, şotlandiyalı 2023-cü ilə qədər "qırmızı şeytanlar"a məxsus olacaq. Həmçinin klubun bu anlaşmanı daha bir il uzatmaq haqqı olacaq.

Qeyd edək ki, Skott MakTominay bu mövsüm Premyer Liqada 7 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest