Karyerasını Azərbaycanda davam etdirməsi gözlənilən Malavi yığmasının hücumçusu Robin Nqalande ölkəmizə gəlməyə hazırlaşır. Matç.az xəbər verir ki, bu barədə Malavi mətbuatı məlumat verib.

Bildirilir ki, 27 yaşlı forvard ölkəmizə səfər üçün tələb olunan viza problemini artıq yoluna qoyub. Onun yeni komandasının adı açıqlanmasa da, karyerasını Azərbaycanda davam etdirəcəyi əminliklə vurğulanıb. çünki Madrid "Atletiko"sunun yetirməsi birbaşa müqaviləyə gələcək.

2017-ci ildə anlaşdığı Cənubi Afrika Respublikası klubu "Baroka" ilə 3 illik müqaviləsinə ötən yay xitam verən forvard hazırda azad agent statusuna malik olduğundan, Premyer Liqa təmsilçisinə havayı başa gələcək.

Qeyd edək ki, Robin Nqalandenin "Zirə" ilə anlaşması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest