"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne Madrid "Real"ının maraq dairəsinə düşüb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" mövsümün sonunda onu heyətinə qatmaq niyyətindədi.

Bu məqsədlə ispanlar qarşı tərəflə təmasa keçib. Lakin "Real"ın ilk cəhdi uğursuz olub. çünki ulduz futbolçu təklifi düşünmədən rədd edib. "Mançester Siti"dəki durumundan razı olan 28 yaşlı orta sahə oyunçusu komandasını dəyişmək fikrində deyil.

Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ildən "Mançester Siti"nin formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest