"Yuventus"un hücumçusu Kriştianu Ronaldo bu gün məhkəmə qarşısına çıxıb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Real"ın sabiq üzvü vergidən yayınmaqda ittiham edilib.

34 yaşlı superulduz Madriddə baş tutan məhkəmədə 18,8 milyon avroluq vergi pulunu ödəməyə razılıq verib. Bundan əvvəl o, İspaniya büdcəsini 13,4 milyon avro zənginləşdirmişdi.

Məhkəmə formal olaraq Ronaldoya 23 aylıq həbs cəzası verib. Cəza müddəti 2 ildən az olduğundan, şərti cəza kəsilib və futbolçu cəriməni ödəməklə canını qurtaracaq.

Qeyd edək ki, Kriştianu Ronaldonun 2011-2014-cü illərdə İspaniyada vergidən yayındığı sübuta yetirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest