Sözügedən kollektiv səfərdə Düsseldorf "Fortuna"sının ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:5.

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 12-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Şalke"nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Düsseldorf "Fortuna"sının ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:5.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. "Şalke"nin yeganə qolunu da Dadaşov vurub. Millimizin hücumçusu 59-cu dəqiqədə penalti zərbəsindən dəqiq yararlanıb.
 
"Şalke II" bu nəticədən sonra 12 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest