Topaz Premyer Liqasının II dövrəsinə hazırlıqları Antalyada davam etdirən "Qarabağ" bu gün növbəti sınaq matını keçirib. Matç.az saytının məlumatına görə, ağdamlıların 3-cü rəqibi Polşa təmsilçisi "Pyast" olub.

Bu görüş "Gloria Sport Arena"da baş tutub. Matç qollu heç-heçə ilə nəticələnib.

Hər iki qol qarşılaşmanın əvvəlinə təsadüf edib. Polşa təmsilçisi erkən qolla hesabı açsa da, Azərbaycan çempionu elə ilk yarının əvvəllərində status-kvonu bərpa edib.

Bundan əvvəl iki oyun keçirən Qurban Qurbanovun komandası bir oyunda məğlub olub, digərində isə qələbə qazanmışdı.

Macarıstan "Uypeşt"i ilə görüşdə təmsilçimiz minimalhesablı məğlubiyyətə üzülmüşdüsə, çexiya "Bohemians"ı "3:1"lə məyus edilmişdi.

Qeyd edək ki, UEFA Avropa Liqasının 2013/14 mövsümünün II təsnifat mərhələsində bu komandalar rəqib olmuş, Bakıdakı oyunda 2:1 hesablı qələbə qazanan "Qarabağ" səfərdə 2:2 hesablı bərabərlik əldə edərək turu keçən tərəf olmuşdu.

 

Hazırlıq oyunu

23 yanvar

"Qarabağ" (Ağdam, Azərbaycan) – "Pyast" (Polşa) - 1:1

Qol: Araz Abdullayev,  16

Antalya. "Gloria Sport Arena"

"Qarabağ""ın start heyəti: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 9. Araz Abdullayev, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 88. Rafael Məhərrəmli

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest