Liberets klubu ilə görüşdə hesabı "ağ-qaralar" açıb. 21-ci dəqiqəsə Mirabdulla Abbasov fərqlənib. Paytaxt təmsilçisinin sevinci 15 dəqiqə sürüb. Çexiyalılar 36-cı dəqiqədə hesabda tarazlıq yaradıb.

Topaz Premyer Liqasının II dövrəsinə hazırlıqları Antalyada davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçına çıxıb. Matç.az saytının məlumatına görə, Azərbaycan çempionatının liderinin ikinci rəqibi çexiya təmsilçisi "Slovan" olub.

Liberets klubu ilə görüşdə hesabı "ağ-qaralar" açıb. 21-ci dəqiqəsə Mirabdulla Abbasov fərqlənib. Paytaxt təmsilçisinin sevinci 15 dəqiqə sürüb. çexiyalılar 36-cı dəqiqədə hesabda tarazlıq yaradıb.

İkinci hissə "Slovan"ın qolu ilə başlayıb. Fasilədən dərhal sonra hesabda önə keçən çexiyalılar bu üstünlüyünü matçın sonunadək qoruyaraq qalib gəlib. "Neftçi" isə 2019-cu ildə ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, "Neftçi" keçirdiyi ilk yoxlama görüşündə Rumıniya "Qaz-Metan"ı ilə qarşılaşıb və qalib gəlib - 3:0. 

Yoxlama oyunu

23 yanvar

"Neftçi" (Bakı, Azərbaycan) – "Slovan" (Liberets, çexiya) – 1:2

Qol: Mirabdulla Abbasov, 21

Antalya

"Neftçi": 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 6. Qoran Paratski, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 10. Dario Frederiko, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov, 25. Kirilo Petrov, 93. Soni Mustivar

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 7. Namik Ələskərov, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 20. Elnur Süleymanov, 32. Mirkamil Əliyev, 36. Mamadu Kane, 70. Əli Şirinov, 77. Elvin Sərkərov, 95. Rəhman Daşdəmirov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest