Rusiya yığmasının futbolçuları Aleksandr Kokorin və Pavel Mamayevin məhkəməsi olub. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, Kokorindən sonra Mamayev barədə də həbs qərarı verilib.

 

Belə ki, Tver məhkəməsi hər iki oyunçunun 1 ay 28 gün – dekabrın 8-dək azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

 

Qeyd edək ki, futbolçular Moskvanın mərkəzindəki kafelərin birində Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini döydükləri üçün saxlanılmışdılar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest