"Yuventus"un hücumçusu Kriştianu Ronaldo ilə baş məşqçisi Massimiliano Aleqri arasında mübahisə yaşanıb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb portuqaliyalı forvardın A seriyasının XX turunda "Kyevo" (3:0) ilə qarşılaşmada penalti qaçırması olub.

Məlumatı Ronaldo özü də təsdiqləyib: "Bəli, Alleqri ilə mübahisəm düşdü. Bu, cari mövsümdəki bütün penalti zərbələri ilə bağlı olub. Fikrimdən yenə də daşınmıram. Komandanın uğuru üçün gördüyüm işlərin baş məşqçi və futbolçular tərəfindən müsbət qarşılanması məni sevindirir. "Yuventus"da gözəl qarşılandım, verdikləri dəstək və inamın cavabı olaraq çox çalışıram və etimadı doğrultmaq istəyirəm".

Qeyd edək ki, Kriştianu Ronaldo bu mövsüm A seriyasında penaltidən 4 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest