"Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonq, nəhayət ki, yekun seçimini edib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu "Barselona"ya keçməyə razılıq verib.

Başda PSJ olmaqla, "Mançester Siti" və "Yuventus"un da maraq dairəsində olan 21 yaşlı oyunçu kataloniyalılarla anlaşıb. İspaniya nəhənginin prezidenti Xosep Bartomeu Amsterdama gedərək futbolçunun özü ilə görüşüb və keçidə müsbət cavab alıb. Klub rəhbəri transferi bu gün rəsmən açıqlayacaq. Keçid kataloniyalılara 75 milyon avroya başa gələcək. Həmçinin "Ayaks" əlavə 11 milyon avro bonus da əldə edə bilər.

"Barselona" ilə 5 illik müqavilə bağlayan Frenki de Yonq mövsümün sonunda yeni komandasına qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest