"Neftçi" heyətini gücləndirmək baxımından növbəti addımı atıb. Bakılılar Vangelis Platellasla münasibətləri rəsmiləşdirib. OFİ-dən transfer edilən yunanıstanlı hücumçu yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

"Neftçi" heyətini gücləndirmək baxımından növbəti addımı atıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bakılılar Vangelis Platellasla münasibətləri rəsmiləşdirib.

OFİ-dən transfer edilən yunanıstanlı hücumçu yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb. 31 yaşlı oyunçu "Neftçi"də 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Vangelis Platellas OFİ-dən (2018) əvvəl Yunanıstanın "Kaliteya" (2005-2011), "Ksanti" (2011-2013), AEK (2013-2016), "Atromitos" (2016-2017), "Aris" (2017-2018) klubarında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest