Antalyada təlim-məşq toplanışı keçən Premyer Liqanın 8 klubundan biri vətənə qayıdıb. Matç.az saytının məlumatına görə, debütant "Sabah" hazırlığını başa vurub.

Türkiyəyə hamıdan tez, yanvarın 2-də gedən Elşad Əhmədovun kollektivi bir qədər əvvəl qayıdıb. Komanda III dövrənin son hazırlıqlarını ölkə daxilində keçəcək.

Qeyd edək ki, "Sabah" Antalyada 4 yoxlama görüşü keçirib. Komanda müvafiq olaraq "Əskişəhərspor" (Türkiyə - 1:0), "Tobol" (Qazaxıstan - 2:2), MTK (Macarıstan - 3:1) və "Sion"un U-21-i (İsveçrə - 4:4) ilə qarşılaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest