"İnter"in kapitanı Mauro İkardi yeni müqaviləyə hazırlaşır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı forvardla danışıqlar müsbət nəticələnmək üzrədi.

4 illik nəzərdə tutulan yeni sazişə əsasən, İkardinin illik məvacibi 7 milyon avro olacaq. Sözləşməyə 180 milyon avroluq transfer qiyməti bəndi də salınacaq. Artıq bu həftə məsələnin rəsmiləşməsi gözlənilir.

25 yaşlı İkardi bu mövsüm bütün turnirlərdə 24 oyun keçirib, 14 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest