Təbii ki, nəticədən razıyam. Lakin son 20 dəqiqədə zəif oyun göstərdik. Çünki oyunun sonlarında yalnız hesabı qorumağa çalışırdıq

"Neftçi" ilə oyunun çox çətin keçəcəyini bilirdik". Matç.az xəbər verir ki, bunu çexiya "Slovan"ının baş məşqçisi Jolt Qornyak deyib.

Liberets təmsilçisinin çalışdırıcısı "Neftçi" ilə Antalyadakı yoxlama matçındakı 2:1 hesablı qələbəyə şərh verib: "Neftçi" yüksək səviyyəli rəqibdi. Bu komanda demək olar hər mövsüm avrokuboklarda oynayır. Biz onlara qarşı yaxşı mübarizə apardıq. Amma unutmayaq ki, bu görüş hazırlıq xarakterli idi. Təbii ki, nəticədən razıyam. Lakin son 20 dəqiqədə zəif oyun göstərdik. çünki oyunun sonlarında yalnız hesabı qorumağa çalışırdıq. Yoxlama oyununda məqsədimizə çatdıq. Həm mübarizə apardıq, həm də çox sayda oyunçunu sınadıq. Əsas məqsədimiz də məhz bu idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest