Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən "Qəbələ" sabah növbəti yoxlama oyununu keçirəcək. Matç.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında 3-cü sınağına çıxacaq.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Rusiya təmsilçisi "Fakel"lə görüşəcək ki, bu matçın yeri və vaxtı dəqiqləşib. Oyun "Arcadia" meydançalarında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ" bunadək Almaniyanın "Meppen" (1:2) və Rusiyanın "Yenisey" (2:2) klubları ilə qarşılaşıb.

Yoxlama oyunu

24 yanvar

18:00. "Qəbələ" – "Fakel" (Rusiya)

"Arcadia" meydançaları

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest