Mövsümün ikinci yarısına hazırlaşan "Səbail" bu gün növbəti oyunlarına çıxıb. Matç.az xəbər verir ki, paytaxt təmsilçisi gün ərzində iki görüşdə iştirak edib.

İlk olaraq, Braziliyanın III liqa təmsilçisi "Raça Sport"la qarşılaşan bakılılar bolqollu matçdan qalib ayrılıblar.

Aftandil Hacıyevin yetirmələri daha sonra Qazaxıstanın "Kaysar" klubu ilə üz-üzə gəlib. Lakin komandalar cəmi 20 dəqiqə meydanda qala biliblər. Göydən sanki buz yağırdı və üstəlik güclü külək qarşılaşmanın dayandırılmasına səbəb olub. Hakimlər və futbolçular meydandan qaçaraq çıxıblar və canlarını güclə qurtarıblar. Beləliklə, görüşün davam etdirilməməsi qərara alınıb.

Bu, "Səbail"in Antalya toplanışı çərçivəsində sonuncu sınağı olub. Bakılılar bunadək 3 oyun keçirib. Komanda "Aqvital" (Macarıstan - 3:2), "Sürix" (İsveçrə - 1:1) və "Desna" (Ukrayna - 2:1) ilə oynayıb.

Qeyd edək ki, "Səbail" sabah vətənə dönəcək.

 

Yoxlama oyunları

24 yanvar

"Səbail" - "Raça Sport" (Braziliya) - 3:2

Qollar: Orxan Qurbanlı, 15, 80, Aqşin Qurbanlı, 44

"Səbail" - "Kaysar" (Qazaxıstan) oyunu 20-ci dəqiqədə dayandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest