Yanvarın 21-dən qonşu ölkədə olan komandamız yeni baş məşqçisi Milan Obradoviçin rəhbərliyi altında ilk qarşılaşmada "Spartak-2" ilə üz-üzə gəlib. Serbiyalı mütəxəssisin Rusiya təmsilçisi ilə görüşdəki debütü sülhlə nəticələnib.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib. Matç.az xəbər verir ki, yığmamız Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışını bugünkü qarşılaşma ilə başa vurub.

Yanvarın 21-dən qonşu ölkədə olan komandamız yeni baş məşqçisi Milan Obradoviçin rəhbərliyi altında ilk qarşılaşmada "Spartak-2" ilə üz-üzə gəlib. Serbiyalı mütəxəssisin Rusiya təmsilçisi ilə görüşdəki debütü sülhlə nəticələnib.

Belə ki, oyunun 90 dəqiqəsində qapılara qol vurulmayıb. Beləlilıə, millimiz ilin ilk sınağında heç-heçəyə imza atıb.

 

Yoxlama oyunu

24 yanvar

Azərbaycan U-21 – "Spartak-2" (Rusiya) - 0:0

Azərbaycan: 22.Murad Popov, 13. Murad Qayalı, 5. Anton Krivotsyuk (k), 20. ömər Buludov, 3. Ricat Qarayev, 7. Nicat Süleymanov, 10. İsmayıl İbrahimli, 17. Murad Xaçayev. 16. Süleyman Əhmədov, 4. Emil Qasımov, 9. Rövlan Muradov

Ehtiyat oyunçular: 1. Süleyman Süleymanov, 12. Kamran İbrahimov, 23. Qadir Bayramov, 11. Nurlan Quliyev, 15. Faiq Hacıyev, 6. Elvin Dəmirov, 21. Əsgər Hüseynov, 2. Amin Seydiyev, 19. Tural Bayramlı, 8. Baxşəli Baxşəliyev, 18. Əli Sadıqov

Baş məşqçi: Milan Obradoviç

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest