"Qarabağ"la "Pyast" arasında dünən Antalyada keçirilən yoxlama görüşü güclü leysan altında baş tutub. Matç.az saytı xəbər verir ki, Ağdam klubunun müdafiəçisi Yakub Jezniçak 1:1 hesabı ilə başa çatan görüşlə bağlı maraqlı paylaşım edib.

Tvitter hesabında oyun epizodundan bir şəkil paylaşan polşalı müdafiəçi həmyerliləri ilə qarşılaşmanı su polosu matçına bənzədib: "Qarabağ"la "Pyast" arasında keçirilən bugünkü su polosu matçı heç-heçə nəticələndi".

Qeyd edək ki, oyun "Gloria Sports Arena"nın əsas meydançasında başlasa da, komandalar ikinci hissəni ehtiyat meydanda keçirməli olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest