"Arsenal"ın əfsanəvi futbolçusu Pol Merson komandasının cari mövsümdəki şanslarını dəyərləndirib. Matç.az saytı xəbər verir ki, 50 yaşlı futbol eksperti "topçular"ın Premyer Liqada ilk "dördlüy"ə düşəcəyinə inanmır.

İngiltərə millisinin sabiq üzvü "dördlüy"ü "çelsi"nin qapayacağını proqnozlaşdırıb. 1985-1997-ci illərdə "topçular"ın formasını geyinmiş Merson sevimli komandasına diqqəti Avropa Liqasına yönəltməyi məsləhət görüb.

O, mayın 29-da Bakıdakı finalda "Arsenal"ı görməyi arzulayır: "Premyer Liqanın ötən turunda "çelsi" "Arsenal"ı məğlub edərək, rəqibinə yaxşılıq edə bilərdi. Amma "topçular"ın qələbəsi onları ümidləndirdi. Halbuki mövsümün sonunda onların ilk "dördlük"də qərarlaşacağına inanmıram. "çelsi"yə uduzsaydılar, bütün diqqətlərini Avropa Liqasına yönəldə bilərdilər ki, bu, ən yaxşı variant olardı. İndi hər iki cəbhədə yarışacaqlar. Ancaq "Arsenal"ın Premyer Liqa üçün güclü olduğunu düşünmürəm. "Vest Hem"ə uduzurlar, bir həftə sonra "çelsi"ni məğlub edirlər. Baş məşqçi bunu yaxşı düşünməlidi. "Arsenal" həftənin cümə axşamı günü meydana çıxmamalıdı, çempionlar Liqasında iştirak etməlidi. Məncə, Premyer Liqada 4-cü yeri "çelsi" tutacaq. "Arsenal"da stabillik yoxdu. Bu komanda Avropa Liqasının finalı üçün Bakı səfərinə köklənməlidi. çünki onlar üçün çempionlar Liqasına yol ordan keçir".

Qeyd edək ki, "Arsenal" bu mövsüm bir dəfə ölkəmizə gəlib. "Kanonirlər" Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest