Antalyada təlim-məşq toplanışında olan "Neftçi" son yoxlama görüşünə hazırlaşır. Matç.az saytının məlumatına görə, "flaqman" sabah "Beroe" ilə üz-üzə gələcək.

Premyer Liqanın liderinin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev əməkdaşımızla söhbətində "Beroe" ilə oyunun start fitinin Bakı vaxtı ilə 16:30-da səslənəcəyini söyləyib.

Maraqlısı burasındadı ki, Bolqarıstan klubunun rəsmi saytında əvvəlcə qarşılaşmanın keçirilmə tarixi yanvarın 27-si göstərilmişdi. Belə ki, komandanın sabah 1 məşqlə kifayətlənəcəyi və birigün "Neftçi" önünə çıxacağı vurğulanmışdı. Lakin az əvvəl bolqarlar proqramlarında dəyişiklik olduğunu iddia edərək, "Neftçi" ilə sabah üz-üzə gələcəklərini yazıblar. Oyunun Side bölgəsində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, buna qədər Rumıniya klubu "Qaz Metan"a böyük hesabla qalib gəlib (3:0), çexiya "Slovan"ına yenilən (1:2) "Neftçi"nin "İstiqlal"la matçı sonradan Bordinin qərarı ilə ləğv olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest