19 yaşadək futzalçılar arasında ilk Avropa çempionatında Azərbaycan millisinin əsas seçmə mərhələsindəki son rəqibi müəyyənləşib. Matç.az saytı xəbər verir ki, təsnifat mərhələsinin B qrupunun qalibi yığmamızla eyni qrupda mübarizə aparacaq.

Qrupun son görüşündə Kosovo üzərində 9:3 hesablı qələbə qazanan Kipr birinci yeri tutub. Bundan əvvəl İsveç və San-Marinoya da darmadağınla qalib gələn kiprlilər qrupu 9 xalla tamamlayıb.

Beləliklə, Azərbaycan millisi martın 26-31-də keçiriləcək əsas seçmə mərhələnin 2-ci qrupunda Sloveniya, Hollandiya və Kiprlə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest