İtkin düşən Emiliano Salaya görə, Argentina millisinin kapitanı Lionel Messi müraciət edib. Matç.az xəbər verir ki, "Barselona"nın lideri instaqram səhifəsi vasitəsilə axtarışların davam etdirilməsini müvafiq orqanlardan xahiş edib.

O, hələ də ümidini itirmədiyini vurğulayıb: "Kiçik bir ümid var ikən Emilianonun axtarışlarının davam etməsini xahiş edirəm. Bütün qəlbimlə onun ailəsinin və dostlarının yanındayam".

Qeyd edək ki, "Nant"dan "Kardiff"ə transfer olunan Emiliano Salanı Uelsə aparan təyyarə yoxa çıxıb. Artıq polis bununla bağlı axtarışları dayandırdığını bəyan edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest