Birləşmiş Ərəb Əmirliklərində keçirilən Asiya Kuboku ilə bağlı narazılıqlar gündən-günə artır. Azarkeşlər sosial şəbəkə vasitəsilə turnirin keyfiyyətidən şikayətləniblər. Paylaşımların birində Azərbaycanın adı da vurğulanıb.

Birləşmiş Ərəb Əmirliklərində keçirilən Asiya Kuboku ilə bağlı narazılıqlar gündən-günə artır. Matç.az saytı xəbər verir ki, azarkeşlər sosial şəbəkə vasitəsilə turnirin keyfiyyətidən şikayətləniblər.

"AmericanPyramidBlog‏" adlı səhifəsi isə yarışla bağlı maraqlı tvit paylaşıb. Həmin paylaşımda Azərbaycanın adı da vurğulanıb: "Bilirsiniz, bu Asiya Kuboku məni düşünməyə vadar edir. Görəsən, UEFA üzvü olan bütün Asiya ölkələri öz qitəsində oynasaydı, AFK necə görünərdi? Qazaxıstan, Ermənistan, Gürcüstan, Azərbaycan və İsrail... Təkcə dünya futbolu deyil, çempionlar Liqası da nə qədər fərqli görünərdi".

Qeyd edək ki, hazırda Asiya Kubokunda 1/4 final mərhələsinin oyunları gedir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest