"Qarabağ"ın Antalya toplanışı başa çatıb. Matç.az saytının məlumatına görə, Ağdam təmsilçisi bu gün son yoxlama görüşünə çıxıb.

Qurban Qurbanovun komandası Donetsk "Şaxtyor"u ilə üz-üzə gəlib. Ukrayna çempionu ilə qarşılaşma təmsilçimiz üçün uğurlu alınmayıb. Oyunun ilk yarısında 2 dəqiqəyə 2 qol vuran Donetsk klubu meydanı qələbə ilə tərk edib. Düzdü, fasilədən sonra "Qarabağ" fərqi azaltmağa müvəffəq olub. Lakin ukraynalılar fərqi yenidən 2 topa çatdıraraq 3:1 hesablı qələbə qazanıb.

Bununla da Azərbaycan çempionunun təlim-məşq toplanışı başa çatıb və komanda sabah vətənə qayıdacaq.

Qeyd edək ki, "Qarabağ" Antalya toplanışı çərçivəsində buna qədər "Uypeşt" (Macarıstan - 0:1), "Bohemians" (çexiya - 3:1) və "Pyast"la (Polşa - 1:1) qarşılaşıb.

Yoxlama görüşü

26 yanvar

"Qarabağ" (Azərbaycan) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:3

Qollar: Abdullah Zubir, 64 - Junior Moraeş, 26, Marlos, 27, Mudrik, 77

80-cı dəqiqədə Riçard Almeyda penaltidən yararlana bilməyib.

"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Araz Abdullayev, 10. Dani Kintana, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 77. Donald Gerye

Antalya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest