"Zirə" Türkiyə toplanışını başa vurmaq üzrədi. Bakılılar bugün son yoxlama görüşünü keçirib. Samir Abasov yetirmələrini "Tambov"la qarşılaşmada sınayıb.

"Zirə" Türkiyə toplanışını başa vurmaq üzrədi. Matç.az saytının məlumatına görə, bakılılar bu gün son yoxlama görüşünü keçirib.

Samir Abasov yetirmələrini "Tambov"la qarşılaşmada sınayıb. Ruslarla "Papillon" otelin meydançasında keçirilən oyun Bakı vaxtı ilə 18:00-da start götürməli olsa da, hava şəraitinin kəskin pisləşməsi səbəbindən saatyarım sonra başlayıb.

Oyun təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Zirə" Antalya toplanışı çərçivəsində Rumıniya "Voluntari"sinə 1:0 hesabı ilə qalib gəlib, Macarıstan təmsilçisi "Paksi" ilə bərabərə (1:1) qalıb. "Taraz"la (Qazaxıstan) yanvarın 15-nə planlaşdırılan oyun isə güclü yağışa görə baş tutmayıb.

 

Yoxlama görüşləri

26 yanvar

"Zirə" (Azərbaycan) - "Tambov" (Rusiya) - 2:0

Qollar: Bilal Həmdi, Aleksandr Dedov

"Zirə": 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake, 2. İlkin Qırtımov, 26. Miloş Radivoyeviç, 6. Vüqar Mustafayev, 38. İlkin Muradov, 11. Dilan Duventuru, 88. Tellur Mütəllimov, 9. Aleksandr Dedov, 91. Bilal Həmidi

Baş məşqçi: Samir Abasov

Antalya. "Papillon" otel

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest