Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" bu gün 3-cü dəfə oyun keçirib. Bu, "qırmızı-qaralar"ın toplanış çərçivəsində son yoxlama görüşü olub. Sənan Qurbanovun yetirmələri Budapeşt MTK-sı ilə qarşılaşıb.

Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" bu gün 3-cü yoxlama oyununu keçirib. Matç.az saytının məlumatına görə, bu, "qırmızı-qaralar"ın toplanış çərçivəsində son yoxlama görüşü olub.

Sənan Qurbanovun yetirmələri Budapeşt MTK-sı ilə qarşılaşıb. Bu, macarların Antalyada ikinci Azərbaycan klubu ilə dueli olub. "Qəbələ"nin bugünkü rəqibi yanvarın 19-da "Sabah"a 1:3 hesabı ilə məğlub olub.

Təmsilçimiz bu dəfə də qələbə qazanıb. "Qırmızı-qaralar" qarşılaşma ərzində iki dəfə hesabda geri düşsə də, özündə gec taparaq yekunda qələbə qazana bilib - 3:2.

Qeyd edək ki, "Qəbələ" Antalya toplanışı çərçivəsində 2 oyun keçirib. Almaniya "Mappen"inə yenilib (1:2), Rusiya "Yenisey"i ilə heç-heçə edən (2:2) bölgə təmsilçisinin "Fakel"lə iki gün əvvəlki sınağı əlverişsiz hava ucbatından baş tutmamışdı.

 

Yoxlama görüşü

26 yanvar

"Qəbələ" (Azərbaycan) - MTK (Macarıstan) - 3:2

Qollar: Cavid Hüseynov, 40 (pen.), Atakora, 74, Lilay, 79

"Qəbələ": 22. Dmitri Bezotosnı, 2. Amin Seydiyev, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 10. Rauf Əliyev, 14. Cavid Hüseynov (K), 17. Ceyms Adeniyi, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 34. Urfan Abbasov, 99. Davit Volkovi

Ehtiyat oyunçular: 35. Murad Popov, 30. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 18. İlqar Qurbanov, 21. Lalavele Atakora, 35. Josiel, 79. Kayo Neves, 88. Sabien Lilay

Baş məşqçi: Sənan Qurbanov

Antalya. "Titanic" otel

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest