Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama matçına çıxıb. Matc.az xəbər verir ki, yığmamız meydan sahibi BƏƏ-nin U-16 komandası ilə qarşılaşıb.
 
Oyun 1:1 hesabı ilə bitib. Millimizin heyətində Elton Mikayılov fərqlənib.
 
Bu komandalar arasında növbəti oyun dekabrın 2-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest