"İkinci hissə daha fərqli oldu, rəqibin heyətində dəyişikliklər oldu və bizim futbolçular topla daha aktiv olmağa başladılar. Amma bizim də qol epizodlarımız oldu"

"Əvvəlcədən də rəqibimizin gücünü bilirdik, çox sürətli və səlis futbolçuları var idi və bunu da bu gün meydanda da gördük". Matç.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına deyib.

47 yaşlı mütəxəssis bu gün Antalyada Ukrayna "Şaxtyor"una qarşı keçirilən oyun barədə (1:3) fikirlərini açıqlayıb: "Düşünürəm, bu oyunun komandam üçün çox faydası oldu. Rəqib bizi çox səhv buraxmğa məcbur etdi və bu da bizim xeyrimizə oldu. İkinci hissə daha fərqli oldu, rəqibin heyətində dəyişikliklər oldu və bizim futbolçular topla daha aktiv olmağa başladılar. Amma bizim də qol epizodlarımız oldu. "Şaxtyor" əlinə düşən fürsətlərdən maksimum istifadə etməyi bacaran komandadır. Sevindirici haldır ki, oyun sona qədər davam etdi. Bura gələndə hava şəraiti istədiyimizi tam yerinə yetirmək üçün icazə vermirdi, amma sonda hər şey düşündüyümüz kimi oldu. Bugünkü oyun da tam istədiyimiz kimi oldu. Belə oyunlar bizə ancaq fayda verir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest