Azərbaycan klubların Antalyadakı qış hazırlığı başa çatıb. Matç.az xəbər verir ki, Topaz Premyer Liqasında çıxış edən 8 komanda mövsümün ikinci yarısına Türkiyədə hazılaşıb.

Təmsilçilərimiz bu müddətdə yoxlama oyunlarında qüvvəsini sınayıb. Bu dəfəki toplanış əvvəlki illərdən əlverişsiz hava şəraiti ilə fərqlənib.

Bu üzdən də klublarımızın həm məşq prosesi pozulub, həm də bir neçə qarşılaşma baş tutmayıb. İki görüş isə yarımçıq dayandırılıb. "Səbail"in "Kaysar"la görüşü 20-ci, "Sumqayıt"ın "Optik"lə qarşılaşması 1-ci hissədən sonra hava üzündən saxlanılıb.


Bu yarımçıq matçları saymasaq, təmsilçilərimiz Antalyada 28 oyun keçirib. "Səbail", "Sabah", "Qarabağ" və "Keşlə" hərəyə 4 yoxlama görüşünə çıxıb. "Zirə", "Neftçi", "Qəbələ" və "Sumqayıt"da isə bu rəqəm 3-ə bərabər olub.

Əslində baş tutmayan oyunların çoxluğu təkcə hava şəraiti ilə bağlı deyil. Bəzən bizimkilərin, bəzən rəqibin imtinası üzündən keçirilməyən qarşılaşmalar, sınaqçı rəqibin dəyişdirilməsinə də təsadüf olunub.

Başa çatdırılan 28 qarşılaşmada klublarımız 15 qələbə əldə edib. 7 heç-heçə edən təmsilçilərimiz yalnız 6 dəfə uduzub. 50 qol vuran futbolçularımız 35 top buraxıb.

Lakin qol sayımız daha çox ola bilərdi. Təəssüf ki, toplanış müddətində qaçırılan penaltilərin çoxluğu da diqqət çəkib. Təkcə son gündə Əfran İsmayılov, Emin Mahmudov və Riçard Almeydanın imkanı boşa verməsini qeyd etmək olar.

Nəticəsi önəm daşımayan yoxlama matçlarında ən yaxşı göstəciyə "Zirə" imza atıb. Premyer Liqanın autsayderi 3 oyunda qazandığı 3 qələbəylə 100 faizlik nəticə göstərib. Bakılılar öz qapısından da qol buraxmayıb.

"Zirə" kimi "Sumqayıt"la "Sabah" da vətənə məğlubiyyətsiz dönüb. "Keşlə" və "Qarabağ" Antalyada ən uğursuz çıxış edən komandalar olub.

Hər matçda 2,66 qol vuran "Neftçi" və bu göstəricisi 2,5-ə bərabər olan "Sabah" məhsuldarlığı ilə hamıdan öndə qərarlaşıb. "Ağ-qaralar"ın məhsuldarlığına iki oyunun nəticəsi təsir edib. Belə ki, qeydə alınan hər iki böyükhesablı qələbə "Neftçi"nin hesabındadı.

"Keşlə" isə hər görüşdə cəmi 0,5 qol vurur. Müdafiədə isə "Qəbələ"nin problemləri diqqət çəkir. Komanda hər matçda 2 top buraxıb.

TPL klublarının Antalyadakı yoxlama oyunları
(ardıcıllıq turnir cədvəlinə əsasəndi)

Neftçi – Antalya, Türkiyə - Qaz Metan (Rumıniya) 3:0, Slovan (çexiya) 1:2, Beroe (Bolqarıstan) 4:0

Qarabağ – Antalya, Türkiyə - Uypeşt (Macarıstan) 0:1, Bohemians (çexiya) 3:1, Pyast (Polşa) 1:1, Şaxtyor (Ukrayna) 1:3

Səbail – Antalya, Türkiyə - Aqvital (Macarıstan) 3:2, Sürix (İsveçrə) 1:1, Desna (Ukrayna) 2:1, Raça Sport (Braziliya) 3:2, Kaysar (Qazaxıstan) – 0:0 (20-ci dəqiqədə əlverişsiz hava şəraiti üzündən dayandırılıb)

Sabah – Antalya, Türkiyə - Əskişəhərspor (Türkiyə) 1:0, Tobol (Qazaxıstan) 2:2, MTK (Macarıstan) 3:1, Syon U-21 (İsveçrə) 4:4

Qəbələ – Antalya, Türkiyə - Meppen (Almaniya) 1:2, Yenisey (Rusiya) 2:2, MTK (Macarıstan) 3:2

Sumqayıt – Antalya, Türkiyə - Jetısu (Qazaxıstan) 1:1, Vardar (Makedoniya) 3:1, Optik (Almaniya) 0:1(2-ci hissə əlverişsiz hava şəraiti üzündən baş tutmayıb), Zemun (Serbiya) 2:1

Keşlə – Antalya, Türkiyə - özbəkistan U-23 0:0, Dinamo (Vranye, Serbiya) 0:2, Atırau (Qazaxıstan) 1:3, çertanovo (Rusiya) 1:0

Zirə – Antalya, Türkiyə - Voluntari (Rumıniya) 1:0, Paksi (Macarıstan) 1:0, Tambov (Rusiya) 2:0

Şərti turnir cədvəli
(hər oyuna düşən orta xal ardıcıllığı ilə, bərabər olduqda top fərqi)

1

Zirə

3

3

0

0

4-0

9

3.00

2

Səbail

4

3

1

0

9-6

10

2.50

3

Sumqayıt

3

2

1

0

6-3

7

2.33

4

Neftçi

3

2

0

1

8-2

6

2.00

5

Sabah

4

2

2

0

10-7

8

2.00

6

Qəbələ

3

1

1

1

6-6

4

1.33

7

Qarabağ

4

1

1

2

5-6

4

1.00

8

Keşlə

4

1

1

2

2-5

4

1.00

Qeyd: Başa çatmayan oyunlar nəzərə alınmayıb

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest