2014-cü ildə İspaniya gözəli seçilən Dezire Korderonun həyatını futbolsuz təsəvvür etmək çətindi. Matç.az xəbər verir ki, ispan xanımın şəxsi həyatında daim futbolçu olduğundan bu idman növü də onun üçün doğmalaşıb.

Bir müddət əvvələdək "Yuventus"un portuqaliyalı ulduzu Kriştianu Ronaldonun sevgilisi olan Dezire indi də özünə yeni pərəstişkar tapıb. Model artıq neçə aydı İtaliya "Latsio"sunda çıxış edən Xoakin Korrea ilə görüşür.

Lakin Dezire sabiq sevgilisini də sanki unuda bilmir. Buna görə də ispaniyalı model hər imkan düşəndə Ronaldonun ünvanına xoşagəlməz sözlər yağdırır.

2 il münasibətdə olduğu portuqaliyalıdan narazı qalan Kordero bu yaxınlarda daha sərt ittihamlarla çıxış edib. O, Kriştiaunun zorlanma işində günahkar olduğunu və bunu sübut etməyə çalışacağını bildirib. Dezire futbolçunu yalan danışmaqda da günahlandırıb: "Ronaldo yalançıdı. Lap dəlidi".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest