Təbrizli olan futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacaq. Yoxlama oyunlarında özünü yaxşı tərəfdən göstərən 22 yaşlı mərkəz müdafiəçisi ilə müqavilə 1,5 illik olacaq.

"Sumqayıt" baxışa çağırdığı Peyman Keşavarzla bağlı qərar verib. Matç.az xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında sınaqdan keçirilən iranlı futbolçu bəyənilib.

Təbrizli olan futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacaq. Yoxlama oyunlarında özünü yaxşı tərəfdən göstərən 22 yaşlı mərkəz müdafiəçisi ilə müqavilə 1,5 illik olacaq.

"Traktorsazi"nin yetirməsi olan Peyman 2014-2016-cı illərdə Təbriz komandasının şərəfini qoruyub. Sonradan "İsteqlal" və "Maşınsazi"də çıxış edən müdafiəçinin son klubu Oman təmsilçisi "Yasan Al-Vaste" olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest